“Naxçıvan” ABŞ-li basketbolçu ilə müqavilə imzaladı

18 Sentyabr 2026 17:24
97
“Naxçıvan” ABŞ-li basketbolçu ilə müqavilə imzaladı

“Naxçıvan” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, ABŞ-dən olan basketbolçu Deşaun Stivens ilə bir illik müqavilə imzalanıb.

190 santimetr boya malik 22 yaşlı oyunçu son olaraq NCAA2-də mübarizə aparan CSUDH (California State University Dominguez Hills) komandasında çıxış edib.

Qeyd edək ki, Stivens ötən mövsüm “Cal State Dominguez Hills”in heyətində 31 oyuna çıxıb və bütün qarşılaşmalarda start heyətində yer alıb. ABŞ-li basketbolçu hər matçda orta hesabla 14,5 xal, 5,1 ribaund və 3,9 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümün yekunlarına əsasən o, CCAA konfransının ikinci rəmzi komandasına daxil edilib. Müdafiəçi daha əvvəl NCAA-nın Birinci divizionunda “Seattle University”nin formasını da geyinib.

İdman.Biz