“Abşeron Lions” basketbolçusu De Şon Eyksen ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Abşeron Lions” Basketbol Klubu məlumat yayıb.
ABŞ-li olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, De Şon Eyksen ötən ilin avqustundan “Abşeron Lions”da çıxış edirdi.
