Azərbaycan Basketbol Liqasında VIII tura start verilib - YENİLƏNİB

Xəbərlər
3 Dekabr 2025 22:33
169
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.

İdman.Biz-in məlumatına görə, turun ikinci oyununda “Neftçi” “Gəncə” ilə üz-üzə gəlib.

Qarşılaşma 80:73 hesabı ilə Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

19:32

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib.

İdman.Biz-in məlumatına görə, turun açılış oyununda “Sərhədçi” “Ordu” ilə qarşılaşıb.

B qrupunun görüşündə “Ordu” 100:64 hesabı ilə qələbə qazanıb.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub.

09:32

Bu gün Azərbaycan Basketbol Liqasında VIII tura start veriləcək.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

B qrupunda “Sərhədçi” evdə “Ordu” ilə üz-üzə gələcək. Oyun saat 17:00-da start götürəcək. “Ordu” qrupda 14 xalla liderdir. 9 xala malik “Sərhədçi” sonuncu - altıncıdır.

A qrupunda isə “Neftçi” “Gəncə” ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. “Gəncə” 8 xalla dördüncü, “Neftçi” 7 xalla beşincidir.

Qeyd edək ki, hər iki görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

İdman.Biz