“Naxçıvan”dan ayrılan basketbolçu “Quba”da - YENİLƏNİB

25 Noyabr 2025 18:29
257
“Naxçıvan”dan ayrılan basketbolçu “Quba”da - YENİLƏNİB

“Naxçıvan” klubundan ayrılan amerikalı basketbolçu Kris Klark karyerasının “Quba”da davam etdirəcək.

İdman.Biz bildirir ki, təcrübəli oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Təcrübəli oyunçu karyerası ərzində “Əl-Ənsər”(Səudiyyə Ərəbistanı), “London Lions”(İnigltərə), “Vestçester Niks”(ABŞ), “Penyarol”(Uruqvay), Moldura Heat"(Avstraliya), “Kontern”(Lüksemburq), “Bolmar”(Boliviya), “Giessen”(Almaniya), “Avanti Mondorf”(Lüksemburq), “MK Lions”(İngiltərə), “Şəki”, “Naxçıvan” (Azərbaycan) klublarında oynayıb.

14:56

“Naxçıvan” klubu amerikalı basketbolçu Kris Klarkla yolları ayırıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib.

“Naxçıvan” klubu ötən ayın 1-də basketbolçu ilə müqavilə imzalandığını açıqlamışdı.

İdman.Biz