“Finiks Sans” oyunlarının balaca ulduzu - VİDEO

Xəbərlər
24 Noyabr 2025 01:35
14
“Finiks Sans” oyunlarının balaca ulduzu - VİDEO

NBA-də keçirilən “Finiks Sans” - “Minnesota”in oyunu zamanı tribunadakı bir azarkeş sosial şəbəkələrin gündəminə çevrilib.

İdman.Biz xəbər verir ki, ilk videoda balaca fanat arenanın böyük ekranında özünü görərək kamera qarşısında əl yelləyib və bu an zalda olanları kölgədə qoyub.

İkinci kadrda isə operator yenidən həmin azarkeşi tapıb. Bu dəfə uşaq həmin anı gözləyirmiş kimi hazır dayanaraq kameralara tam şüurlu reaksiyası ilə yenidən hamının rəğbətini qazanıb.

Balaca azarkeş qısa müddətdə “Finiks” oyunlarının ən çox diqqət çəkən simasına çevrilib.

İdman.Biz