Azərbaycan Basketbol Liqası: “Neftçi” “Şəki”ni məğlub edib - YENİLƏNİB + FOTO

Xəbərlər
10 Yanvar 2026 19:28
111
Azərbaycan Basketbol Liqası:  “Neftçi” “Şəki”ni məğlub edib

Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha bir matç keçirilib.

İdman.Biz xəbər verir ki, A qrupunda “Neftçi” “Şəki” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan matç “Neftçi”nin 82:60 hesablı qələbəsi ilə başa çatıb.

16:18

Azərbaycan Basketbol Liqasının 12-ci turunun A qrupunda çıxış edən “Sabah” NTD üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma “Sabah”ın 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci matçı saat 17:00-da baş tutacaq. “Neftçi” “Şəki” ilə üz-üzə gələcək.

10:00

Bu gün Azərbaycan Basketbol Liqasının 12-ci turunda daha iki qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, hər iki oyun A qrupunda keçiriləcək.

Saat 14:00-da “Sabah” NTD ilə qarşılaşacaq. Turnir cədvəlinin A qrupunda “Sabah” 19 xalla qrupda ikinci yerdədir. Sonuncu - altıncı pillədə olan NTD-nin isə 11 xalı var.

Günün son matçı saat 17:00-da “Neftçi” və “Şəki” arasında baş tutacaq. Turnir cədvəlinin A qrupunda “Neftçi” 14 xalla dördüncüdür. “Şəki” isə 13 xalla beşinci pillədə yer alıb.

Hər iki görüş “Sərhədçi” İdman Mərkəzində oynanılacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” isə “Sumqayıt”ı (97:81) üstələyib.

12-ci tura yanvarın 11-də yekun vurulacaq.

İdman.Biz