PSJ, “Milan” və “Nyukasl”ın sahibləri “NBA-Europe” layihəsi üçün basketbol klubları yaratmaq niyyətindədirlər

18 Mart 2026 00:11
128
PSJ, “Milan” və “Nyukasl”ın sahibləri “NBA-Europe” layihəsi üçün basketbol klubları yaratmaq niyyətindədirlər

“Pari Sen-Jermen”, “Milan” və “Nyukasl Yunayted” futbol klublarının sahibləri Avropada Milli Basketbol Assosiasiyası (NBA) layihəsi üçün basketbol komandaları yaratmağa hazırlaşırlar.

İdman.Biz bu barədə “New York Times”a istinadən məlumat verir.

“Nyukasl Yunayted” idman aktivlərinin geniş portfelinə sahib olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu Londonda yeni bir komanda yaratmaq üçün təklif təqdim etməyə hazırlaşır.

PSJ-nin sahibi “Qatar Sports Investments” şirkəti də Parisdə yeni bir komanda yaratmaq üçün təklif hazırlayır.

İtaliyanın “Milan” klubunun sahibi “RedBird Capital” da Milanda yeni bir komanda yaratmaq üçün təklif təqdim edəcək.

İdman.Biz
Məqalədə: