ABL: “Abşeron Lions” “Gəncə”yə qalib gəldi

Xəbərlər
11 Yanvar 2026 17:42
76
ABL: “Abşeron Lions” “Gəncə”yə qalib gəldi

“Absheron Lions” qış fasiləsindən sonra keçirdiyi ilk oyunda inamlı qələbə qazanıb

İdman.Biz xəbər verir ki, “şirlər” 12-ci tur çərçivəsində “Gəncə” üzərində 98:93 hesablı qələbəyə sevinib.

James Frazier 34 xalla həm komandasının qələbəsində böyük rol oynayıb, həm də oyunun ən məhsuldar basketbolçusu olub.

10:15

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, son oyun günündə bir oyun planlaşdırılıb.

“Sərhədçi” İdman Arenasında “Abşeron Lions” “Gəncə”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Abşeron Lions” A qrupunda 21 xalla ikinci, “Gəncə” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz