Tahir Baxşıyev: “Rəqib çox güclüdür”

Xəbərlər
10 Yanvar 2026 17:25
66
Tahir Baxşıyev: “Rəqib çox güclüdür”

Azərbaycan Basketbol Liqasının 12-ci turunda NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Sabah”a 76:121 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra oyunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis “Sabah” kimi güclü komandaya qarşı oynamağın çətin olduğunu qeyd edib.

“Sabah” səviyyəsində bir rəqibə qarşı mübarizə aparmaq asan deyil. Amma bu tip oyunlar komandamız üçün faydalıdır. Oyunçular belə matçlara necə köklənməli olduqlarını başa düşməlidirlər. Rəqib çox güclüdür”, - deyə baş məşqçi vurğulayıb.

Tahir Baxşıyev dörd gün sonra keçiriləcək Kubok oyununa da toxunub:

“Kubok çərçivəsində “Sumqayıt”la qarşılaşmamız var. Məhz buna görə bu oyunda 25 dəqiqədən çox iki yerli oyunçuya şans verdik. Hazırda bütün diqqətimiz Kubok matçına yönəlib”.

Qeyd edək ki, “Sabah” - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz