Lebron Ceyms hakim qərarını sərt tənqid edib - FOTO

Xəbərlər
11 Yanvar 2026 14:20
57
Lebron Ceyms hakim qərarını sərt tənqid edib - FOTO

“Los-Anceles Leykers”in forvardı Lebron Ceyms NBA-nın müntəzəm çempionatında “Miluoki Baks”a qarşı oyundan sonra hakim işindən narazılığını bildirib.

İdman.Biz xəbər verir ki, “Miluoki”nin 105:101 hesablı qələbəsi ilə başa çatan matçın sonluğu 41 yaşlı basketbolçunun sərt reaksiyasına səbəb olub.

Oyunun bitməsinə 40 saniyədən az qalmış hesab 101:101 ikən Ceyms səbət altından hücuma keçib, lakin onun zərbəsi Yannis Adetokunbo tərəfindən bloklanıb.

Lebronun sözlərinə görə, həmin epizodda Mayls Törner onun sağ əlinə toxunaraq qayda pozub, lakin hakimlər folu qeydə almayıblar. Bu isə “Miluoki”nin hücum əldə etməsinə və həlledici üstünlük qazanmasına şərait yaradıb.

Qeyd edək ki, bu görüşdə Lebron Ceyms 26 xal toplayıb. “Miluoki”nin heyətində isə ən məhsuldar oyunçu 22 xalla Porter olub.

İdman.Biz