Avroliqa: “Anadolu Efes” “Barselona”nı məğlub edib

Xəbərlər
20 Noyabr 2025 23:54
31
Avroliqa: “Anadolu Efes” “Barselona”nı məğlub edib

Basketbol üzrə Avroliqanın müntəzəm mövsümünün 12-ci turunda “Anadolu Efes” İstanbulda “Barselona”nı qəbul edib.

İdman.Biz bildirir ki, oyun 74:73 hesabı meydan sahiblərinin ilə başa çatıb.

Qardian İzaya Kordinye Türkiyə komandasına 14 xal, üç ribaund və bir məhsuldar ötürmə ilə liderlik edib. Mərkəz oyunçusu Yan Veselı 16 xal, səkkiz ribaund və bir məhsuldar ötürmə ilə “Barselona”nın lideri olub.

Bu, məşqçi Xavyer Paskualın rəhbərliyi altında “Barselona”nın ilk Avroliqa oyunu idi.

Növbəti turda “Anadolu Efes” səfərdə “Monako” ilə oynayacaq. “Barselona” növbəti turda “ASVEL”i qəbul edəcək.

İdman.Biz