“Fənərbaxça” Avroliqada ardıcıl dördüncü qələbəsini qazanıb

Xəbərlər
22 Noyabr 2025 03:25
19
“Fənərbaxça” Avroliqada ardıcıl dördüncü qələbəsini qazanıb

Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da “Partizan” basketbol klubu “Fənərbaxça”nı qəbul edib.

İdman.Biz bildirir ki, meydan sahibləri türkiyəlilərə 87:99 hesabı ilə məğlub olub.

Sterlinq Braun 27 xal, üç ribaund, üç məhsuldar ötürməsi ilə Serbiya komandasına liderlik edib.

Ueyd Bolduin isə 15 xal, üç ribaund, səkkiz məhsuldar ötürmə ilə “Fənərbaxça”nın lideri olub.

Bu, “Fənərbaxça”nın Avropliqada ardıcıl dördüncü qələbəsidir.

İdman.Biz