Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda Avrobasket-2029-un ilkin seçmə mərhələsi öncəsi təlim-məşq toplanışını davam etdirir.
İdman.Biz xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev hazırlıq prosesinə 20 basketbolçu dəvət edib. Siyahıda Amil Həmzəyev, Şirzad və Elşad Şirzadov, Əkbər və Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İsmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov və Endər Poladxanlı yer alır.
Yığmanın ABŞ-dən olan yeni üzvü Vesli Van Bek komandaya Şimali Makedoniyada qoşulacaq. Toplanışın sonunda 12 nəfərlik yekun heyət müəyyənləşdiriləcək.
Hazırlıq prosesi 25 noyabra qədər davam edəcək.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ilk oyununu 27 noyabr Bakı vaxtı ilə saat 22:00-da səfərdə Şimali Makedoniyaya, ikinci görüşünü isə 30 noyabr yerli vaxtla saat 18:00-da Bakıda Lüksemburqa qarşı keçirəcək.
