Basketbol Liqası: “Gəncə”dən çətin qələbə

Xəbərlər
30 Sentyabr 2025 22:25
33
Basketbol Liqası: “Gəncə”dən çətin qələbə

Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünün ilk turu davam edir.

İdman.biz bildirir ki, bu gün turun növbəti oyunu keçirilib. “NTD” klubu “Gəncə” ilə qarşılaşıb.

Oyunun ilk üç hissəsi bərabər mübarizə şəraitində keçib (23:22, 23:23, 16:16).

Dördüncü hissədə “Gəncə” daha üstün olub (29:23). Beləliklə, qarşılaşma 90:85 hesabı ilə gəncəlilərin xeyrinə başa çatıb.

İdman.biz