Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

Xəbərlər
29 Sentyabr 2025 20:11
68
Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

Mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə yeni basketbolçu qatıb.

Bu barədə İdman.biz-ə paytaxt təmsilçisindən məlumat verilib.

Bakı klubu ABŞ-dən olan Ceymond Vinsentlə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçunun son klubu “New Orleans Privateers” olub.

İdman.biz