Azərbaycan badmintonu tarixində ilk: 6 idmançımız “Top-100”də

Xəbərlər
4 Sentyabr 2025 14:43
59
Azərbaycan badmintonu tarixində ilk: 6 idmançımız “Top-100”də

Dünya Badminton Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında 6 badmintonçumuz 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasıında yer alıb.

İdman.biz xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir.

Paris olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatim Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb.

Azərbaycan badmintonu tarixində ilk dünya tarixində 4 kateqoriya üzrə idmançılarımız yer alır.

Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk "100-lük"də yer alır.

Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır.

Qeyd edək ki, badmintonçularımızın reytinq siyahısında ilk 100-lükdə yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək inkişaf strategiyasının əsas hədəflərindən biridir.

İdman.biz