Universiada: Həcər Nuriyeva tailandlı rəqibinə uduzub - YENİLƏNİB/FOTO

Xəbərlər
24 İyul 2025 16:35
55
Universiada: Həcər Nuriyeva tailandlı rəqibinə uduzub - YENİLƏNİB/FOTO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada badminton yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan idmançısı Həcər Nuriyeva mübarizə aparıb.

O, 1/16 final matçında Tailand təmsilçisi Tamonvan Nithitikraiyə iki setdə məğlub olub - 5:15, 9:15.

Qeyd edək ki, Nuriyeva ilk mərhələdə misirli Cena Adbelkaderə qalib gəlmişdi.

Zəki Feyzullayev
İdman.biz