Badmintonçularımız beynəlxalq yarışda 5 medal qazanıblar - FOTO

Xəbərlər
18 Dekabr 2023 10:22
397
Badmintonçularımız beynəlxalq yarışda 5 medal qazanıblar - FOTO

Azərbaycanın yeniyetmə badmintonçuları Nikosiyada "Cyprus International 2023" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

İdman.biz xəbər verir ki, Əli Gözəlov 15 yaşadək oğlan badmintonçuların şəxsi yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

O, Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gələrək müvafiq kateqoriya üzrə qızıl medal əldə edib.

Eyni yaş qrupunda finala kimi irəliləyən Leyla Camalzadə isə gümüş medala layiq görülüb.

Leyla Camalzadə - Aysu Kərimzadə tandemi bu yaş kateqoriyası üzrə qızların qoşa yarışında da ikinci olub.

Əli Gözəlov və Aysu Kərimzadə 15 yaşadək badmintonçuların qarışıq qoşa kateqoriyasında bürünc medala qazanıb.

Sərxan Bağırov - Əli Gözəlov cütlüyü isə 17 yaşadək badmintonçuların mübarizəsində 3-cü yeri tutub.

Qeyd edək ki, bu il yeniyetmə badmintonçularımız İsrail, Xorvatiya və Serbiyada keçirilən beynəlxalq turnirlərdə də medallar qazanıblar.

İdman.biz

Məqalədə: