Azərbaycan yığması ikinci görüşdə də uduzub

Xəbərlər
9 Dekabr 2023 00:59
192
Azərbaycan yığması ikinci görüşdə də uduzub

Qadın badmintonçular arasında təşkil olunan Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışda Azərbaycan yığması Estoniya ilə qarşılaşıb.

Görüş rəqib komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci oyunda da uduzan batmintoçularımız son qarşılaşmada slovakiyalı həmkarları ilə qüvvələrini sınyacaqlar.

Qeyd edək ki, ilk turda millimiz güclü Şotlandiya komandasın 0:5 hesabı ilə məğlub olub.

İdman.biz