Azərbaycanın daha bir parabadmintonçusu Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB + FOTO

Xəbərlər
4 Oktyabr 2025 14:59
46
Azərbaycanın daha bir parabadmintonçusu Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir parabadmintonçusu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

İdman.biz xəbər verir ki, idmançı kişilərin qoşa yarışında SU-5 kateqoriyasında buna nali olub.

O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16) hesabı ilə qalib gəlib.

Daha öncə digər parabadmintonçu Zəhra Salmanlı qitə çempionatında finala adlayıb.

11:40

Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında tarix yazmaqda davam edir.

İdman.biz xəbər verir ki, 14 yaşlı Zəhra Azərbaycan badmintonu tarixində ilk dəfə Avropa çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.

SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə tandem təşkil edən Zəhra yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis qoşasına 2:0 (21-18, 21-10) hesabı ilə qalib gələrək qitə çempionatında finala yüksəlib.

İdman.biz