Azərbaycan millisinin futbolçusu Ruslan Abışov karyerası ilə rəsmən vidalaşıb.
İdman.biz xəbər verir ki, o, yetirməsi olduğu “Neftçi”nin “Zenit”lə yoxlama matçında bunu reallaşdırıb.
“Neftçi Arena”da start götürən qarşılaşmada topa ilk toxunuşu edən Ruslan meydandan alqış sədaları altında çıxıb. “Neftçi” keçmiş kapitan Abışovu xüsusi hədiyyə ilə mükatlandırıb. Hədiyyəni ona klub tarixinin bombardiri, veteran futbolçu Samir Ələkbərov təqdim edib.
Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.