“Səbail” futbolçusu Ağabala Ramazanovun durumuna aydınlıq gətirib.
Klubdan İdman.biz saytına verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XII turunun “Turan Tovuz”la oyununda zədələnən və xəstəxanaya təxliyə olunan kapitanın həyati təhlükəsi yoxdur.
Futbolçu bir neçə gün həkim nəzarətində olacaq.
Qeyd edək ki, Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə baş-başa dəyib və yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
İdman.biz