“Araz-Naxçıvan”ın zədəli futbolçuları “Qarabağ”la oyun öncəsi sıraya dönüb

Xəbərlər
27 Oktyabr 2023 15:19
111
“Araz-Naxçıvan”ın zədəli futbolçuları “Qarabağ”la oyun öncəsi sıraya dönüb

Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan”ın zədəli futbolçuları sıraya dönüb.

İdman.biz xəbər verir ki, Bakı Olimpiya Stadionun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib.

Yarımmüdafiəçi son çempionla duelə hazırdır. Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 19:00-da start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq.

İdman.biz