“Bizim üçün yaxşı oyun oldu. Qarşılaşma ərzində istənilən formada çıxış etdik və vacib olan üç xalı qazandıq”.
Bu sözləri “Sabah”ın futbolçusu Velko Simiç deyib.
31 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının beşinci turunda “Şəfa”ya qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.
“Mançester Yunayted”lə çətin oyundan sonra yenidən qələbə yoluna qayıtmaq bizim üçün çox vacib idi. Çünki çempionatda hər oyunun öz əhəmiyyəti var və xal itirmədən yolumuza davam etmək istəyirik. İngiltərə səfərindən qayıtdıqdan sonra “Şəfa” ilə qarşılaşmaya köklənmək komandamız üçün heç bir çətinlik yaratmadı. Çempionlar Liqasında keçirilən oyunların səviyyəsi fərqli olsa da, yerli çempionatda qarşımıza qoyulan hədəf də kifayət qədər ciddidir. böyükdür. Bilirik ki, Çempionlar Liqası tam başqa səviyyədir və orada çox güclü rəqiblərlə qarşılaşırıq. Amma çempionat da bizim üçün çox vacibdir. Yenidən çempion olmaq istəyirik. Bunun üçün isə hər oyuna eyni ciddiyyətlə yanaşmalı, maksimum konsentrasiya ilə meydana çıxmalıyıq. Rəqibin adından asılı olmayaraq, hər görüşdə qələbə üçün mübarizə aparmalıyıq”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Serbiyalı yarımmüdafiəçi “Sabah”ın növbəti turda “İmişli”yə qarşı keçirəcəyi matç barədə gözləntilərini bölüşüb:
“İmişli” ilə oyun da bizim üçün daha bir vacib qarşılaşmadır. Çempionatda hər matçın əhəmiyyətini yaxşı anlayırıq. Qarşıdakı görüşdə də meydana qələbə qazanmaq üçün çıxacağıq, 3 xal əldə etməyə çalışacağıq. Premyer Liqada yolumuza inamla davam etmək, qarşıya qoyduğumuz məqsədə çatmaq istəyirik. Bunun üçün hər oyunda maksimum nəticə qazanmalıyıq”.
Qeyd edək ki, “Şəfa” - “Sabah” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
