"Tovuz şəhərinin, eləcə də "Turan Tovuz" klubunun rəhbərliyinə bu vəziyyətdə bizə belə şərait yaratdıqlarına görə təşəkkür etmək istəyirəm. Bizi dəstəkləyən yerli azarkeşlərə də minnətdaram”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının X turunda "Zirə" ilə oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov mətbuat konfransında deyib.
O, bildirib ki, 0:0 hesabı ilə başa çatan matçda azarkeşlərin dəstəyi böyük olub: “Gəncədən gələn fanatlarımızı da unutmaq olmaz. Onların böyük dəstəyini hiss edirik. Oyuna gəlincə, görüşü iki fərqli hissəyə bölmək olar. Birinci hissədə komandamız düşünürəm ki, daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq. Amma alınmadı. Daimi olaraq təbii meydançada məşq etməyimiz və oynamağımız təsirsiz ötüşmədi. Ona görə ikinci hissədə süni meydança gücümüzə təsir etdi. "Zirə" çempionatın güclü, ən az top buraxan komandalarındandır. Yaxşı müdafiə olunan kollektivdir. Oyunun ədalətli nəticəsi heç-heçə idi".
Qeyd edək ki, Gəncə stadionundan təmir işləri getdiyi üçün “Kəpəz” rəqiblərini müvəqqəti olaraq Tovuzda qəbul edəcək.
İdman.biz