“Araz-Naxçıvan” Aksel Nqando ilə anlaşıb.
İdman.biz xəbər verir ki, Fransa vətəndaşı olan Nqando Bakıda tibbi müayinədən uğurla keçərək mövsümün sonuna qədər müqavilə imzalayıb.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.
İdman.biz