Tura liderin çətin qələbəsi ilə start - VİDEO

Xəbərlər
15 Sentyabr 2023 19:08
97
Tura liderin çətin qələbəsi ilə start - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasının VI turuna start verilib.

İdman.biz saytı xəbər verir ki, lider öz meydanında üç xal qazanıb.

“Zirə” doğma azarkeşlər qarşısında “Sumqayıt”la qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Birinci hissənin son dəqiqəsində Məqsəd İsayev fərqlənib. Bunadək meydan sahibləri meydanda azlıqda qalıblar. “Zirə”nin heyətində Zebli 10-cu dəqiqədə qırmızı vərəqə alıb. Uzun müddət azlıqda oyanamasına baxmayaraq, komanda qələbə qazanmağı bacarıb.

Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
17:00. “Zirə” – “Sumqayıt” - 1:0
Qol:
Məqsəd İsayev, 45+1
Qırmızı vərəqə: Pyer Zebli, 10
Baş hakim: Kamranbəy Rəhimov
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 12. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 10. Kamran Aliev, 18. Kristian Velinovski, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

İdman.biz