“Neftçi” – “Zirə” oyununun hakimi bəlli olub

Xəbərlər
16 Fevral 2024 14:52
165
“Neftçi” – “Zirə” oyununun hakimi bəlli olub

Azərbaycan Premyer Liqasında XXIII turun təyinatları müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Baş tutacaq 4 oyunun hakimləri bəlli olub. Qarşılaşmalar fevralın 17-18-də keçiriləcək.

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” görüşü təxirə salınıb.

Azərbaycan Premyer Liqası
XXIII tur

17 fevral (şənbə)

“Sabah” – “Kəpəz”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 16:00

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər:
Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“ASCO Arena”, 18:30

18 fevral (bazar)

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

“Neftçi” – “Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”, 18:00

İdman.biz