“Bilirdik ki, bizi asan oyun gözləmir. Elə də oldu”.
Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Misli Premyer Liqasının altıncı turunda “Şəfa”nı məğlub etdikləri (1:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Fransız futbolçu qarşılaşmanın çətin alındığını bildirib.
“Rəqib də rahat oynamağa imkan vermədi. Buna baxmayaraq, önəmli olan 3 xaldır. Əsas odur ki, bəzən istədiyin oyunu göstərə bilməyəndə belə, qələbə qazanasan”, - deyə o qol.az-a açıqlamasında söyləyib.
“Çətinliklə qələbə qazanmağınıza səbəb nə idi?” sualını 25 yaşlı futbolçu belə cavablandırıb:
“Bilmirəm. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Düzdür, bəzən oyunumuz yaxşı alınır, bəzən yox. Təbii ki, biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik. Hər matçda 4-5 qol vurmağı arzulayırıq. Lakin bu, bəzən alınmır. Əsas belə çətin anlarda qələbə qazanmaqdır”.
