“Zirə” yenə xal itirib, “Neftçi” "Araz-Naxçıvan"a uduzub - VİDEO

Xəbərlər
13 Fevral 2024 21:27
309
“Zirə” yenə xal itirib, “Neftçi” "Araz-Naxçıvan"a uduzub - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə üç matç baş tutub.

Günə Tovuzda start verilib. Turnir cədvəlinin aşağı pillələrində yer alan “Turan Tovuz” “Qəbələ”ni məğlub edərək, vacib 3 xal qazanıb. Sonuncu pillədə qərarlaşan qonaq komanda isə "Kəpəz"lə xal fərqini azaltmaq şansını qaçırıb.

İlk “dördlük”də qərarlaşan “Zirə” və “Sumqayıt” Bakıda üz-üzə gəlblər. Komandaların qarşılaşmasında qapılara qol vurulmayıb. Qonaqlar bir xal sayəsində ikinci sıradakı yerlərini qoruyublar. "Zirə" isə ardıcıl 9-cu oyunda meydanı qələbəsiz tərk edib.

Tura “Dalğa Arena”da yekun vurulub. “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu Orxan Əliyev 90+2-ci dəqiqədə penaltidən vurub.

Qeyd edək ki, növbəti – XXIII turun matçları fevralın 17-18-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXII tur
13 fevral (çərşənbə axşamı)

15:00. “Turan Tovuz” – “Qəbələ” - 2:1
Qollar:
Aleks Souza, 43, Ayxan Quseynov 53 - Bilel Auaşeriya, 77
Baş hakim: Rauf Allahverdiyev
“Turan Tovuz”: 13. Aydın Bayramov, 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
Tovuz şəhər stadionu

17:15. “Zirə” – “Sumqayıt” - 0:0
Qolla nəticələnməyən penaltilər: Qismət Alıyev, 43 - Rövlan Muradov, 10
Baş hakim: Tural Qurbanov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Andriya Lukoviç, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov
Zirə İK stadionu

19:30. “Araz-Naxçıvan”– “Neftçi” - 1:0
Qol:
Orxan Əliyev, 90+2 (pen.)
Baş hakim: Rəşad Əhmədov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 11. Kilan Lebon, 88. Brayan Moreno
Baş məşqçi: Miodraq Bojoviç
“Dalğa Arena”

1

Qarabağ

22

16

3

3

55-20

51

2

Sumqayıt

22

9

8

5

23-25

35

3

Neftçi

22

9

5

8

25-21

32

4

Zirə

22

8

8

6

14-12

32

5

Səbail

22

8

6

8

32-33

30

6

Araz-Naxçıvan

22

8

6

8

24-26

30

7

Turan Tovuz

22

8

5

9

36-33

29

8

Sabah

22

7

7

8

30-26

28

9

Kəpəz

22

5

5

12

18-37

20

10

Qəbələ

22

4

3

15

15-39

15

Bombardirlər: Olavio Juninyo – 15, Yassin Benzia (hər ikisi"Qarabağ"), Aleksandr Ramalinqom ("Səbail") - 8 qol

İdman.biz