“Kəpəz” üç xalı üç qolla qazanıb - VİDEO

Xəbərlər
5 Fevral 2024 16:55
200
“Kəpəz” üç xalı üç qolla qazanıb - VİDEO

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”a qəbul edib.

Məhsuldar keçən görüşdə dörd qol vurulub. Gəncəlilər üç xalı üç qolla qazanıblar – 3:1.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 11-13-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral (bazar ertəsi)
Baş hakim:
Kamal Umudlu
15:00. “Kəpəz” - “Araz-Naxçıvan” - 3:1
Qollar:
Ehtiram Şahverdiyev, 19, 34, Amil Yunanov, 69 - Orxan Əliyev 28
“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev (k), 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike
Baş məşqçi: Azər Bağırov
Qəbələ şəhər stadionu

1

Qarabağ

21

16

2

3

52-17

50

2

Sumqayıt

21

9

7

5

23-25

34

3

Neftçi

21

9

5

7

25-20

32

4

Zirə

21

8

7

6

14-12

31

5

Sabah

21

7

6

8

27-23

27

6

Araz-Naxçıvan

21

7

6

8

23-26

27

7

Səbail

21

7

6

8

28-32

27

8

Turan Tovuz

21

7

5

9

34-32

26

9

Kəpəz

21

5

5

11

17-33

20

10

Qəbələ

21

4

3

14

14-37

15

Bombardirlər: Olavio Juninyo – 14 qol, Yassin Benzia (hər ikisi "Qarabağ"), Aleksandr Ramalinqom, Pedro Nuno (hər ikisi "Səbail") - 7 qol

İdman.biz