Qurban Qurbanov: “Benzianın durumu yaxşı deyil, həkimlər başına tikiş vurublar”

Müsahibə
27 Yanvar 2024 18:24
718
Qurban Qurbanov: “Benzianın durumu yaxşı deyil, həkimlər başına tikiş vurublar”

"Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

52 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz”lə oyunundan sonra keçirilən mətbuat konfransına fikirlərini açıqlayıb: “Qarşımızda istəkli, intizamlı və ciddi rəqib var idi. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərə təşəkkür edirəm. Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı, dinamik oyun göstərmək çətindir. Amma futbolçularımız ciddi və diqqətli idilər”.

Qurbanov zədələnən futbolçular barədə də danışıb: “Standart vəziyyətdə qapıçı ilə Bəhlulun toqquşmasından sonra boşluq yarandı. Qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı yox idi. Benzianın durumu yaxşı deyil. Həkimlər başına tikiş vurublar. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Redon Cicada ciddi bir problem olmalı deyil. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra hər ikisinin durumu dəqiqləşəcək”

Qeyd edək ki, “Qarabağ” səfərdə 2:1 hesablı qələbə qazanıb.

İdman.biz