“Sabah” braziliyalı hücumçunu transfer edib - VİDEO

9 Sentyabr 2026 10:13
105
“Sabah” braziliyalı hücumçunu transfer edib - VİDEO

Portuqaliyanın “Jil Visente” futbol klubunun hücumçusu Karlos Eduardo karyerasını Azərbaycanda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu “Sabah”a keçib. 24 yaşlı mərkəz hücumçusu mövsümün sonuna qədər Azərbaycan çempionunda icarə əsasında çıxış edəcək.

İcarə müqaviləsinə satınalma hüququ da daxil edilib. Beləliklə, “Sabah” gələn yay Karlos Eduardonun transfer hüquqlarını birdəfəlik ala biləcək.

Futbolçu Bakı klubuna keçməzdən əvvəl “Jil Visente” ilə müqaviləsini daha bir il uzadıb. Onun əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Karlos Eduardo 2025-ci ilin yanvarında “Felqeyraş”dan “Jil Visente”yə keçib. Braziliyalı hücumçu Portuqaliya klubunun heyətində 2025/26 mövsümündə ölkə çempionatında 15 oyuna çıxaraq iki qol vurub.

Bu mövsüm isə o, “Jil Visente”nin heyətində iki qarşılaşmada meydana çıxıb.

İdman.Biz
Məqalədə: