Azərbaycan Premyer Liqasında 7 futbolçu cəzalı duruma düşüb

Xəbərlər
24 Yanvar 2024 09:58
138
Azərbaycan Premyer Liqasında 7 futbolçu cəzalı duruma düşüb

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk oyunları 7 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

İdman.biz xəbər verir ki, XIX turun matçlarından sonra bir oyunçu qırmızı, altısı isə sarı vərəqə limitinə görə belə vəziyyətlə üzləşib.

Bu futbolçular XX turu buraxmalı olacaq. “Kəpəz”lə səfər qarşılaşmasında birbaşa qırmızı vərəqə alan Faiq Hacıyev “Turan Tovuz”a bir deyil, daha çox görüşdə kömək etməyə bilər. Həmin oyunda sarı vərəqə alan Georgi Papunaşvili 4-cü belə cəza aldığı üçün Gəncə klubunun növbəti matçında iştirak etməyəcək.

“Qarabağ”la “Araz-Naxçıvan”ın duelində də iki oyunçu cəzalı duruma düşüb. Meydan sahiblərindən Julio Romao 8-ci, qonaqlarda Abdulla Rzayev 4-cü xəbərdarlığı görüb.

“Qəbələ”dən Lukas Afriko, “Sumqayıt”dan isə Səbuhi Abdullazadə bu iki komanda arasındakı dueldə 4-cü “sarı”sini alıb. “Səbail”in üzvü Yadin Luqasi isə “Zirə” ilə qarşılaşmada bu limiti doldurub.

Faiqlə Yadin “Turan Tovuz” – “Səbail”, Georgi və Julio “Kəpəz” – “Qarabağ”, Abdullayla Səbuhi “Araz-Naxçıvan” – “Sumqayıt”, Lukas “Neftçi” – “Qəbələ” görüşünü buraxacaq.

Qeyd edək ki, XX turun matçları yanvarın 26-28-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz