“Neftçi” növbəti transferini açıqladı: 55 nömrə ona verildi - FOTO/VİDEO

24 İyun 2026 17:13
500
“Neftçi” növbəti transferini açıqladı: 55 nömrə ona verildi - FOTO/VİDEO

Azərbaycanın “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi Qvadelupa millisinin müdafiəçisi Endryu Qravilyonu heyətinə qatıb.

28 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, yeni komandasında 55 nömrəli formanı geyinəcək.

Zəngin legioner karyerasına malik olan Qravilyon daha əvvəl İtaliya, Fransa və Türkiyə çempionatlarında çıxış edib. Müdafiəçi Qvadelupa millisinin heyətində 19 matç keçirib və iki qol vurub.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl braziliyalı yarımmüdafiəçi Qustavo Klismanı da transfer edib.

İdman.Biz