“Neftçi” futbol klubu kapitanları Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yeni anlaşmaya əsasən, Emin Mahmudovla “1+1” illik, Emil Balayevlə isə iki illik müqavilə imzalanıb.
Emin Mahmudov 2017/2018 mövsümündən “Neftçi”nin formasını geyinir. 33 yaşlı yarımmüdafiəçi bu müddətdə komandanın heyətində 289 rəsmi oyuna çıxıb və 72 qol vurub.

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə klubda iki fərqli dövrdə çıxış edib. 31 yaşlı qapıçı 2012/2013-2014/2015 və 2023/2024-2025/2026 mövsümlərində “ağ-qaralar”ın heyətində yer alıb. O, bu müddətdə 25 rəsmi görüşdə meydana çıxıb.
