“Neftçi”dən ayrılan Kuç “Ballkani”yə qayıtdı - FOTO

24 İyun 2026 14:55
83
“Neftçi”dən ayrılan Kuç “Ballkani”yə qayıtdı - FOTO

Kosovonun “Ballkani” futbol klubu Monteneqro millisinin yarımmüdafiəçisi Edvin Kuçun transferini rəsmiləşdirib.

İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçu sabiq komandasına qayıdıb. Kuç “Ballkani”nin son illərdəki ən uğurlu dövrünün əsas simalarından biri sayılır. O, klubda kapitan və lider kimi çıxış edib, komandanın ardıcıl üç dəfə Kosovo çempionu olmasında mühüm rol oynayıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, təcrübəli yarımmüdafiəçi “Ballkani” ilə ölkə kuboku və Superkubokunda da uğur qazanıb. O, komandanın Konfrans Liqasındakı çıxışlarında da əsas fiqurlardan biri olub.

Kuç son olaraq Azərbaycanın “Neftçi” klubunda oynayıb. Onun “Ballkani”yə qayıdışı Kosovo təmsilçisi üçün həm orta xəttə ciddi gücləndirmə, həm də komandanın qalib mentalitetini yaxşı tanıyan liderin dönüşü kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, bir qol vurub.

İdman.Biz