Allaş Azərbaycana qayıtmaq istəyir: Qərarı təklifdən asılıdır

21 İyun 2026 11:38
127
Allaş Azərbaycana qayıtmaq istəyir: Qərarı təklifdən asılıdır

Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaş yenidən Azərbaycanda oynamaq istəyir.

İdman.Biz xəbər verir ki, son olaraq “Araz-Naxçıvan”da çıxış etmiş futbolçu bu barədə sport24.az-a açıqlamasında bildirib.

O, Azərbaycan Premyer Liqasına qayıtmaq istədiyini vurğulayıb. Bununla belə, Allaş qərarın gələcək təklifdən asılı olacağını da qeyd edib. Yarımmüdafiəçi üçün əsas məsələ hansı klubdan və hansı şərtlərlə dəvət alacağıdır.

Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib. Daha sonra o, “Araz-Naxçıvan”da çıxış edib.

İdman.Biz