“Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Qalib gələ də bilərdik, məğlub ola da”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turunda “Qəbələ” ilə oyundan sonra deyib.
Matç 1:1 hesabı ilə bitib.
“İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. “Qəbələ” həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Tsxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi”, - Qurbanov əlavə edib.
“Qarabağ” sona iki tur qalmış 63 xalla turnir cədvəlində ikincidir.
