“Neftçi”ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular”.
İdman.Biz bildirir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan “Neftçi” ilə oyundan sonra deyib.
Matç 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə qurtarıb.
“Öz futbolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə xeyli gün istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. Çempionlar Liqasından uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər.
Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq...Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır”, - Qurbanov bildirib.
