Rəhim Həsənov hakimlər Elçin Məsiyev və Kamal Umudlunun səhv qərarlar verdiyini bildirib - VİDEO

Rəhim Həsənov hakimlər Elçin Məsiyev və Kamal Umudlunun səhv qərarlar verdiyini bildirib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 26-cı turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

İdman.Biz-un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, “Sumqayıt” – “Neftçi” oyununda baş hakim Kamal Umudlunun, “Zirə” – “Şamaxı” matçında isə Elçin Məsiyevin bir epizodda yanlış qərarlar verdiyini bildirib.

Belə ki, Kamal Umudlu “Sumqayıt”ın qapısına yanlış penalti qərarı verib.

“Zirə” – “Şamaxı” oyununda isə hakim qəsəbə təmsilçisinin oyunçusuna sarı vərəqə göztərməli olduğu halda bunu etməyib.

İdman.Biz