Jorj Kaşkilya: “Qələbə qazanmağa layiq idik”

Jorj Kaşkilya: “Qələbə qazanmağa layiq idik”

“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda özünə qayıdıb. Bələ olanda hər rəqibə çətinlik yarada bilərik”.

İdman.Biz bildirir ki, bu sözləri “İmişli” klubunun baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”la oyundan sonra deyib.

Matç 1:1 hesabı ilə bitib.

“Qol vurana qədər bizim üçün çətin idi. Oyun boyunca taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiəmizdə anlaşılmazlıq oldu və “Turan Tovuz” hesabı bərabərləşdirdi. Ezekiel Morqan zədələnib meydanı tərk edəndən sonra müdafiədə çaşqınlıq yarandı. Komanda ikinci hissəyə daha rahat başladı. 2:1 hesabı ilə qalib gəlməli idik. Qələbə qazanmağa layiq idik. Amma 1 xal da vacibdir. Bütün diqqətimizi “Qəbələ” ilə oyuna yönəldəcəyik. Futbolçuların bərpa olunmasına diqqət yetirəcəyik”, - Kaşkilya bildirib.

İdman.Biz