Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının matçlarında rəsmi şəxslərdən 22-si cəzalanıb.
İdman.biz xəbər verir ki, hakimlər məşqçilər və texniki heyət üzvlərinə ümumilikdə 52 vərəqə göstərib.
Altı dəfə birbaşa qırmızı vərəqə alan klub nümayəndələri texniki zonadan kənalaşdırılıb. Eyni sayda matçda isə eyni şəxs iki sarı vərəqə ilə cəzalandıqdan sonra önündə qırmızı da görüb.
Bu göstəricidə antirekord “Sabah”ın baş məşqçisi Murad Musayevlə onun “Sumqayıt”dan olan həmkarı Samir Abasova məxsusdur. Onların hərəsi iki dəfə texniki zonadan kənarlaşdırılıb. Hər iki mütəxəssis bir dəfə birbaşa, bir dəfə sarı vərəqələrdən sonra belə cəza alıb. Musayev həmkarını sarı vərəqə aldığı digər görüşlərin sayında “qabaqlayır”.
Klublara gəlincə, “Neftçi”dən 5, “Qəbələ”dən 4, “Sabah”la “Sumqayıt”ın hərəsindən 3 şəxs cəza alıb. “Neftçi” iki, digər klubların hərəsi üç dəfə qırmızı vərəqə görüb. Yalnız “Turan Tovuz”da rəsmi şəxslər vərəqə almayıb.
Baş məşqçi |
klub |
S |
SSQ |
Q |
Murad Musayev |
Sabah |
5 |
1 |
1 |
Samir Abasov |
Sumqayıt |
3 |
1 |
1 |
Miodraq Todorov |
Neftçi |
0 |
0 |
1 |
Sənan Qurbanov |
Neftçi |
0 |
0 |
1 |
Qurban Qurbanov |
Qarabağ |
0 |
1 |
0 |
Xaqani Məmmədov |
Qəbələ |
1 |
1 |
0 |
Elmar Baxşıyev |
Qəbələ |
0 |
1 |
0 |
Rasim Ramaldanov |
Qəbələ |
2 |
0 |
1 |
İlqar İsrafilov |
Sabah |
1 |
1 |
0 |
Mübariz Orucov |
Sumqayıt |
0 |
0 |
1 |
Azər Bağırov |
Araz-N |
1 |
0 |
0 |
İlkin Verdiyev |
Kəpəz |
1 |
0 |
0 |
Etibar Ibrahimov |
Kəpəz |
1 |
0 |
0 |
Alin-Nikolae Çita |
Neftçi |
4 |
0 |
0 |
Babək Xuduyev |
Neftçi |
1 |
0 |
0 |
Aurelian-Boqdan Partaşku |
Neftçi |
1 |
0 |
0 |
Fikrət Nəbiyev |
Qəbələ |
1 |
0 |
0 |
Artur Olenin |
Sabah |
2 |
0 |
0 |
Elmir Xankişiyev |
Səbail |
1 |
0 |
0 |
Seymur Rəhimov |
Sumqayıt |
1 |
0 |
0 |
Eltun Yaqublu |
Zirə |
1 |
0 |
0 |
Rəşad Sadıqov |
Zirə |
1 |
0 |
0 |
28 |
6 |
6 |
İdman.biz