“Sumqayıt” 100-cü qələbəsini qazanıb

Xəbərlər
25 Dekabr 2023 10:30
“Sumqayıt” 100-cü qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasının XVIII turunda “Səbail”lə qarşılaşan “Sumqayıt” yubiley qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqada 100-cü dəfə qalib gəlib.

1:0 hesablı qələbə Sumqayıtın eyniadlı təmsilçisinin 382-ci matçı olub. 2011-ci ildən Premyer Liqada oynayan komanda 62 dəfə evdə, 38 dəfə səfərdə üç xal qazanıb.

“Sumqayıt”ın ilk uğuru 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il oktyabrın 30-da AZAL-ı qəbul edən “Gənclik şəhəri” təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixində 100 və daha çox qələbə əldə edən 12-ci komandadır.

İdman.biz