Kenan Piriç: “Son 3 oyunda qol buraxmırıq və bu, çox yaxşı göstəricidir”

10 Fevral 2026 22:12
130
Kenan Piriç: “Son 3 oyunda qol buraxmırıq və bu, çox yaxşı göstəricidir”

“Neftçi”nin son 3 oyunda qapısından qol buraxmamasında komandanın ümumi payı var”.

İdman.Biz bildirir ki, bunu “ağ-qaralar”ın qapıçısı Kenan Piriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Premyer Liqasının 19-cu turunda doğma meydanda “Qəbələ”ni məğlub etdikləri (1:0) oyun barədə danışıb.

“Bilirdik ki, “Qəbələ” əks hücumlarda yaxşı çıxış edir. Oyunda üstünlük quran tərəf biz idik. Qarşılaşma ərzində 2 dəfə səhvə yol verdik, rəqib komanda həmin vaxtlarda təhlükəli hücumlar yaratdı. Təəssüf ki, ikinci hissədə oyuna istədiyimiz kimi başlaya bilmədik. “Qəbələ”nin futbolçuları hücumlar yaratmağa başlayırdılar.

Sevinirik ki, qapımızı toxunulmaz saxlamağı bacardıq. Son 3 oyunda qol buraxmırıq. Bu, çox yaxşı göstəricidir. Təbii ki, burada tək qapıçının yox, bütün komandanın payı var”, - Piriç bildirib.

İdman.Biz