MLS təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
Bu arada “Qarabağ” öz rəsmi sosial səhifəsində Nərimanla sağollaşıb.
“Təşəkkürlər, Nəriman!
View this post on Instagram
Klubumuzla ABŞ təmsilçisi “Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb: Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.
“Qarabağ”ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.
Bu illər ərzində klubumuzun uğurları üçün çalışan Nəriman Axundzadəyə göstərdiyi əzmə, peşəkarlığa və verdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq”, - klubun açıqlamasında deyilir.
11:42
Ağdamın “Qarabağ” klubunun hücumçusu Nəriman Axundzadənin ABŞ və Kanadanın Yüksək Futbol Liqa ( “Major League Soccer” - MLS) təmsilçisi “Kolambus Kru”ya transfer olunması ilə bağlı məlumat yayıb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidməti məlumatı “Qarabağ”ın sosial şəbəkə hesablarında dərc edib.
“Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunub.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır” - deyə “Qarabağ” klubunun ictimaiyyətə ünvanlandığı açıqlamada qeyd olunub.
