Mourinyo Portuqaliya millisini çalışdıra bilər

10 Fevral 2026 13:41
118
Mourinyo Portuqaliya millisini çalışdıra bilər

Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçi postu üçün Joze Mourinyonu əsas namizədlərdən biri kimi dəyərləndirir.

İdman.Biz xəbər verir ki, ESPN-in məlumatına görə, Roberto Martinesin müqaviləsi başa çatdıqdan sonra təcrübəli mütəxəssisə rəsmi təklif göndərilməsi planlaşdırılır.

Martinesin yığma ilə hazırkı müqaviləsi 31 iyul 2026-cı ilədək qüvvədədir. Hazırda 63 yaşlı Mourinyu Lissabonun “Benfika” klubuna rəhbərlik edir və onun klubla anlaşması 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Portuqaliya millisi mövcud məşqçilər heyəti ilə dünya çempionatının seçmə mərhələsini uğurla keçib. Komanda altı oyunda 13 xal toplayaraq F qrupunda birinci yeri tutub və final mərhələsinə vəsiqə qazanıb. Qrupda portuqaliyalıların rəqibləri Macarıstan, İrlandiya və Ermənistan yığmaları olub.

Bu nəticə Portuqaliya millisinin dünya çempionatına ardıcıl yeddinci çıxışı kimi tarixə düşüb.

İdman.Biz