Səudiyyə Ərəbistanı portuqaliyalı futbolçuya görə böyük pullar xərcləməyə hazırdır

10 Fevral 2026 15:25
113
Səudiyyə Ərəbistanı portuqaliyalı futbolçuya görə böyük pullar xərcləməyə hazırdır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşi transfer etmək üçün böyük məbləğ təklif etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, məlumata görə, klub portuqaliyalı yarımmüdafiəçi üçün İngiltərə təmsilçisinə 100 milyon funt sterlinq ödəməyi planlaşdırır.

Bildirilir ki, mümkün transfer baş tutacağı halda futbolçu həftəlik 600 min funt maaş ala bilər. Bu isə illik təxminən 28,8 milyon funt gəlir deməkdir.

İdman.Biz