“Kəpəz” klubun düşərgəsini tərk edən Cefferson Bentu ilə bağlı FIFA-ya rəsmi şikayət edib.
Bu barədə Gəncə klubunun Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov açıqlama verib.
Onun sözlərinə görə, braziliyalı müdafiəçi öhdəlikləri yerinə yetirmədiyi üçün bu addımı atıblar.
“Klubu tərk etdiyinə görə və öhdəlikləri yerinə yetirmədiyi üçün FIFA-ya müraciət ünvanlamışıq”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Ötən ilin yayında “Kəpəz”ə keçən Cefferson Bentu qış fasiləsində ölkəsinə gedib və geri qayıtmayıb. Bundan sonra “Kəpəz” kompensasiya ödəməsi məqsədi ilə futbolçuya vaxt verib. Lakin oyunçu bundan da boyun qaçırdığı üçün “sarı-göylər” ali futbol qurumuna müraciət etməli olub.
