“Neftçi”nin sabiq futbolçusu: “Mənə qarşı doğru olmayan addımlar atılıb” - MÜSAHİBƏ

10 Fevral 2026 11:21
108
“Neftçi”nin sabiq futbolçusu: “Mənə qarşı doğru olmayan addımlar atılıb” - MÜSAHİBƏ

“Karyeramda hər dövrün öz çətinliyi var. Hər çətinlikdə yeni şeylər öyrənməyə çalışmışam”.

Bunu Hazırda “Şəfa” klubunda çıxış edən “Neftçi”nin sabiq futbolçusu Emin Zamanov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Ötən ildən bu komandada çıxış edirsiniz. Bu qərarı verməyinizdə əsas amil nə oldu?

- ⁠Düşünürəm ki, burada klubun gələcəklə bağlı düşüncələri, məqsədləri, planları böyük rol oynadı. Ötən mövsümdən bu kollektivdəyəm. Hazırda bu qərarı verdiyim üçün xoşbəxtəm.

- Komandada öz çıxışınızı necə qiymətləndirirsiniz?

- ⁠Məncə, bu barədə nəsə deməyim doğru olmaz. Məşqçilər heyəti daha yaxşı bilər.

- Bəs komandadakı rolunuzdan necə razısınız?

- ⁠Əlbəttə, razıyam. Müntəzəm olaraq oynayıram. Kluba xeyir verməyə çalışıram.

- Bir az keçmişə qayıdıb karyeranızdan danışaq. Sizin üçün ən çətin dövr hansı olub?

- ⁠Karyeramda hər dövrün öz çətinliyi var. Hər çətinlikdə yeni şeylər öyrənməyə çalışmışam. Düşünürəm ki, hər biri ayrı-ayrı vaxtlarda köməyimə də çatıb. Amma sırf bir klubu demək lazımdırsa, MOİK-də hərbi xidmətdə olduğum zaman deyə bilərəm.

- Daha gənc yaşlarınızda istedadlı futbolçulardan hesab edilirdiniz. Sizcə, karyeranızın parlaq olmasına nə mane oldu?

- ⁠Mənim də bir neçə səhvlərim olub. Hətta mənə qarşı doğru olmayan addımların atılması da buna təsir göstərib. Amma daha çox öz səhvlərimin səbəb olduğunu deyə bilərəm.

- “Neftçi”də keçirdiyiniz illəri necə xatırlayırsınız?

- ⁠”Neftçi” komandasında olduğum zamanlarsa çox təcrübə qazanmışam. Bunlar hazırda da mənə kömək olur.

- İndi 28 yaşınız var. Karyeranızla bağlı planınız nədir?

- ⁠Hazırda əsas məqsədim, “Şəfa” ilə Birinci Liqada çempion olub Premyer Liqaya vəsiqə qazanmaqdır. Ən yaxşısını Allah bilir. İnşallah buna nail olaram.

- Yəqin ki, çempionluq asan başa gəlməyəcək. Birinci Liqada sizə ən real rəqib hansıdır?

- ⁠Çempionluq üçün var gücümüzlə çalışırıq. Birinci Liqada bütün komandalar hörmətə layiqdilər. Hər birinin üstünlükləri və öz yanaşmaları var.

İdman.Biz